11 C
Baku
Wednesday, December 11, 2024

Avropada qazın qiyməti 17% azalıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti martın əvvəlindən ilk dəfə olaraq 2 900 ABŞ dollarından bir qədər yuxarı səviyyədə qərarlaşıb.

29 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 915.3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ( 3 507.3 dollar) ilə müqayisədə 16.8% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər