2022-ci ilə qədər Avropada səyahət üçün yeni icazə sisteminin tətbiq edilməsi planlaşdırılır.
Banker.az bu barədə “Ria.ru”ya istinadən xəbər verir.
Bildirildiyi kimi, Şengen zonasına daxil olmayan dövlətlərin vətəndaşları Avropa İttifaqı ölkələrə səyahət etməzdən əvvəl qeydiyyatdan keçməli olacaqlar.
ABŞ, Kanada, Braziliya, İngiltərə və Avropa İttifaqına daxil olmayan digər ölkələrdən gələn qonaqların Avropa Səyahət Məlumatı və İcazə Sistemi (ETIAS) vasitəsilə onlayn müraciət etmələri gözlənilir. Amerikanın ESTA-sına bənzəyən bu sistem, səyahətçilərin girişinə icazə verməzdən əvvəl sürətli yoxlama aparacaq.
Ekspertlər müraciət edənlərin 95%-nin bir neçə dəqiqə ərzində müsbət cavab alacağını söyləyirlər. Sorğuların 3%-i bir az sonra, 1-2%-i isə hərtərəfli nəzərdən keçirilməsi üçün əl ilə yoxlanacaq.