15 C
Baku
Friday, May 3, 2024

Avropada təbii qaz ucuzlaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 360 ABŞ dollarından aşağı enib.

8 yanvar tarixində TTF (Niderlandın “Title Transfer Facility”i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə fevral fyuçerslərinin qiyməti 358.9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (399.5 dollar) ilə müqayisədə 8.1% azdır.

Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər