7 C
Baku
Thursday, December 12, 2024

Avropada təbii qazın qiyməti 1 530 dolları ötüb

Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 500 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.

Banker.az xəbər verir ki, 6 dekabr tarixində yanvar fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 533.4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 478.8 dollar) ilə müqayisədə 3.7% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər