16 C
Baku
Monday, May 13, 2024

Avropada təbii qazın qiyməti yeni rekord vurub

Sentyabrın 29-u keçirilən hərraclarda Avropada təbii qazın qiyməti min kubmetr üçün 1130 dolları keçib.

Banker.az xəbər verir ki, bu barədə “ICE” birjasının təqdim etdiyi məlumatlarda deyilir.

Beləliklə, ticarət zamanı Niderlandın TTF mərkəzindəki (hab) təbii qazın qiyməti 10.2% bahalaşaraq min kubmetrə görə 1134 dollara çatıb. Qeyd edək ki, pik nöqtədə qiymət demək olar 1057 dollar (87.95 avro) olub.

Daha əvvəl mütəxəssislər Avropada qazın 1000 dollar səviyyəsinə çata biləcəyini proqnoz ediblər. Analitiklər hesab edirlər ki, bunun səbəbi Avropa saxlama anbarlarının boş olması, o cümlədən iqtisadiyyatın canlanması və “Qazprom” ilə rəqabətin artmasıdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər