7 C
Baku
Thursday, December 12, 2024

Avropada təbii qazın qiyməti yenidən 800 dolları keçib

Sentyabrın 17-si keçirilən hərraclarda Avropada təbii qazın qiyməti yenidən min kubmetr üçün 800 dollardan yuxarı səviyyəyə qalxıb.

Banker.az “TASS”a istinadən xəbər verir ki, bu barədə “ICE” birjasının təqdim etdiyi məlumatlarda deyilir.

Beləliklə, ticarət zamanı Niderlandın TTF mərkəzindəki (hab) təbii qazın qiyməti min kubmetrə görə 803.85 dollara çatıb. Xatırladaq ki, sentyabrın 15-i təbii qazın qiyməti bir neçə dəfə tarixi rekord qırıb, lakin ticarət sessiyasının sonunda qiymət 800 dollara enib.

Mütəxəssislər Avropada qazın 1000 dollar səviyyəsinə çata biləcəyini proqnoz ediblər. Qiymət Asiyanın qaz bazarındakı vəziyyətdən və “Şimal axını-1” qaz kəmərinin işə salınması müddətindən asılı olacaq.

Son xəbərlər
Digər xəbərlər