3 C
Baku
Saturday, December 14, 2024

Avropada yeraltı qaz anbarlarının 93 faizdən çoxu doldurulub

Avropa İttifaqında (Aİ) yeraltı qaz anbarlarının doluluq səviyyəsi 93,5 faizə yaxınlaşıb.

Bu il sentyabrın 7-si tarixinə Avropada qaz anbarlarının doluluq səviyyəsi sutkada 0,05 faiz artaraq 93,47 faiz təşkil edib.

Qeyd olunan tarixə anbarlarda olan qazın həcmi 103,4 milyard kubmetrə çatıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsindən əvvəl Aİ ölkələri təbii qazın 40 faizini Rusiyadan idxal edirdi. Müharibə nəticəsində Rusiyanın Aİ-yə təbii qaz nəqli kəskin şəkildə azaldı. Müharibənin başlaması ilə Aİ ölkələri yeraltı təbii qaz anbarlarının qış aylarına qədər doldurulmasını məcburi edəcək qanuni tənzimləmələr hazırladı. Bu çərçivədə noyabrın 1-dək qaz anbarlarının 90 faizinin doldurulması nəzərdə tutulurdu. Beləliklə, Aİ hədəfinə təxminən 2 ay əvvəl çatdı.

Son xəbərlər
Digər xəbərlər