13 C
Baku
Friday, May 17, 2024

Avropanın enerji şirkətlərinin borcu enerji böhranına görə $1.7 trilyona çatıb

Avropanın enerji və kommunal şirkətləri artan enerji daşıyıcılarının qiymətlərinin xərclərini ödəmək üçün daha çox borclanmağa gedirlər.

Banker.az bunu “Bloomberg” agentliyinə istinadən xəbər verir.

Agentlik qeyd edir ki, neft və qaz qiymətlərinin yüksəlməsi ardından ümumi borcu bu il 1.7 trilyon avrodan (cari məzənnə paritetdir və 1.7 trilyon dollar edir) çox artıb – bu da 2020-ci ilə nisbətən 50%-dən çox artım deməkdir.

Bu yaxınlarda Almaniyanın “Uniper SE” şirkətinə təxminən 9 mlrd. avro vəsait lazımdır. Çexiyanın “CEZ CP” enerji şirkəti enerji böhranından çıxmaq üçün 3 mlrd. avroya qədər vəsait axtarışındadır. Sektor üçün ən azı 24 mlrd. avro maliyyələşdirmə işləri aparılır.

“Bloomberg” məlumatlarına görə, regionun elektrik şirkətləri ilin ilk altı ayında 45 milyard avro istiqraz və 72 milyard avro kredit cəlb edib.

1 2 2 2

Son xəbərlər
 ⁠
Digər xəbərlər