10 C
Baku
Thursday, December 12, 2024

Avropaya qaz tədarükü layihəsi Azərbaycanda infrastrukturun qiymətləndirilməsini nəzərdə tutur

“Avropaya təbii qaz təchizatı layihəsinin həyata keçirilməsi istiqamətində ilk addım Gürcüstan və Azərbaycan ərazilərində müvafiq infrastrukturun qiymətləndirilməsidir”.

Bunu Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili brifinqdə deyib.

“Enerji layihəsi Azərbaycan təbii qazının Gürcüstan ərazisindən Qara dəniz vasitəsilə mayeləşdirilmiş formada Rumıniyaya tranzitini nəzərdə tutur. Buradan isə enerji resursu Macarıstana və digər Şərqi Avropa ölkələrinə çatdırılacaq”, – o əlavə edib.

Onun sözlərinə görə, tədricən bu planın həyata keçirilməsinə, o cümlədən bu istiqamətdə investisiyaların cəlb edilməsinə başlanılacaq.

L.Davitaşvili vurğulayıb ki, Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstanın iştirakı ilə enerji layihəsinin həyata keçirilməsi məsələsi Azərbaycan Prezidenti İlham Əliyevin Tbilisiyə səfəri zamanı müzakirə olunub: “Daha sonra Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyinin Gürcüstana səfəri zamanı qitənin alternativ enerji təchizatı mənbələrinin əhəmiyyətindən danışıb. Beləliklə, Avropanın təbii qaz təchizatı ilə bağlı alternativ mənbələrinə xüsusi maraq göstərdiyi, hər kəsin enerji təchizatının şaxələndirilməsindən danışdığı bir vaxtda bu layihə xüsusi əhəmiyyət kəsb edəcək”.

Son xəbərlər
Digər xəbərlər