Avstraliyada polis əməkdaşı ölkənin Baş nazirinin müavini Barnabi Coysu ictimai yerdə karantin qaydalarını pozduğu üçün cərimə edib. Banker.az “İz.ru”ya istinadən xəbər verir ki, bu barədə “ABC” telekorporasiyası məlumat verib.
Bildirildiyi kimi, Coysun tibbi maska taxmadığını görən Armideyl (Yeni Cənubi Uels ştatı) avtodayanacağının ziyarətçiləri dərhal polisə müraciət ediblər. “O, üzr istədi və polislərlə əməkdaşlıq etdi”, – deyə polis komissarının müavini Heri Uoroboys qeyd edib.
Sanitariya qaydalarını pozduğuna görə nazir müavini 200 Avstraliya dolları (150 ABŞ dolları) cərimə ödəyib.