7 C
Baku
Sunday, December 15, 2024

Avstraliya Ehtiyat Bankı faizləri gözlənilmədən artırıb

6 iyun tarixinə Avstraliya Ehtiyat Bankı (RBA) yenidən bazar proqnozlarından kənara çıxmaqla uçot faiz dərəcəsini 25 baza bəndi artıraraq 4.1%-ə çatdırdı.

Banker.az xəbər verir ki, bazar bunun əksi olaraq RBA-nın faiz artımnda pauza verəcəyini proqnoz edirdi.

Mərkəz bankının mart rübü üçün ən son 7% inflyasiya ilə mübarizə aparması nəticəsində Avstraliya dolları qərardan qısa müddət sonra ABŞ dolları qarşısında 0.73% artaraq 0.6667 AUD/USD səviyyəsinə yüksəldi.

Avstraliya səhmləri daha da ucuzlaşıb və ölkənin fond indeksi S&P/ASX 200 sonuncu dəfə 1.14% gerilədi.

Avstraliya Ehtiyat Bankı 2022-ci ilin aprelində faizləri yüksəldir. Həmin tarixə qədər sıfıra yaxın bir arealda, yəni 0.10% səviyyəsində pul siyasətini aparırdı. İnflyasiyadan sonra RBA faizləri 400 baza (4 faiz) bəndi artırıb.

Son xəbərlər
Digər xəbərlər