Avstraliya hökuməti Dövlət Dumasının deputatlarına, “Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublikası” nazirlərinə, həmçinin rusiyalı jurnalist və teleaparıcı Vladimir Solovyova qarşı sanksiyalar tətbiq edib.
Bu barədə Avstraliya Ticarət və Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Bəyanatda deyilir ki, Avstraliya hökumətinin sanksiyaları Dövlət Dumasının 75 deputatına, “Donetsk Xalq Respublikası”nın 20 nazirinə və “Luqansk Xalq Respublikası”nın 12 əsas nazirinə qarşı tətbiq edilib.
Bundan başqa, sanksiya siyahısına rusiyalı telejurnalist Vladimir Solovyov da daxil edilib.