Avstraliya, Hindistan, ABŞ və Yaponiyanın xarici işlər nazirləri BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin sayının artırılmasını istəyiblər.
“Biz hərtərəfli islahat, o cümlədən BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin sayının genişləndirilməsi yolu ilə təşkilatın gücləndirilməsinə sarsılmaz sadiqliyimizi bir daha təsdiqləyirik”, – bəyanatda deyilir.
Bəyanatda həmçinin qeyd olunur ki, “Quad” üzvləri BMT Təhlükəsizlik Şurasının daha effektiv və etibarlı olması üçün islahatların aparılması məqsədilə danışıqları prosesində aktiv və konstruktiv iştirak etməyi öhdələrinə götürürlər.
Xatırladaq ki, daha əvvəl BMT Rusiyanı təşkilatdan kənarlaşdırmaq fikrində olmadığını demişdi.