Avstraliyanın “Hypersonix” şirkəti ABŞ Müdafiə Nazirliyi üçün kompozit materiallardan 8600 km/saat sürətə çata bilən hipersəs pilotsuz uçan aparat (PUA) hazırlayacaq.
Bu barədə “9News” telekanalı məlumat yayıb.
Bildirilib ki, PUA 3D printerdə hazırlanacaq, ekoloji cəhətdən təmiz olacaq və hidrogen mühərriklə təchiz ediləcək.
“Hypersonix” şirkətinin idarəedici direktoru David Waterhousenun sözlərinə görə, PUA-nın uçuş məsafəsi azı min kilometr olacaq və təxminən 10 kiloqram yük daşıya biləcək.
İlk istehsal nümunəsinin 2024-cü ilin əvvəlinə hazır olması planlaşdırılır.