15 C
Baku
Friday, May 3, 2024

Avstraliya sosial şəbəkələri cərimələyəcək

Avstraliya “Facebook”, “Google”, “Twitter”, “TikTok” və podkast xidmətləri kimi  platformalar üçün “məcburi” standartlar təyin edəcək.

Platformalar yeni qanunlar çərçivəsində dezinformasiya ilə mübarizə apara bilməsələr, milyardlarla dollar cərimə ilə üzləşə bilərlər.

Təklif olunan qanuna əsasən, “Facebook”, “Google”, “Twitter”, “TikTok” və podkast xidmətləri kimi platformaların sahibləri illik qlobal dövriyyəsinin 5 faizinə qədər cərimə ilə üzləşəcəklər.

Həmçinin bildirilib ki, Avstraliya Kommunikasiya və Media Təşkilatına yeni səlahiyyətlər veriləcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər