17 C
Baku
Sunday, May 5, 2024

Avstraliya Ukraynaya daha $12 mln. ayırıb

Avstraliya hökuməti Ukraynaya yeni hərbi yardım paketi çərçivəsində 20 milyon Avstraliya dolları (təxminən 12.7 milyon dollar) göndərdiyini açıqlayıb. Buraya, digər şeylərlə yanaşı, minatəmizləmə avadanlıqları, portativ rentgen aparatları və dron əleyhinə sistemlər daxildir.

Qeyd edək ki, Avstraliyadan Ukraynaya yardımın ümumi məbləği təxminən 580 milyon dollar təşkil edib.

Göndərilən avadanlıq dörd Avstraliya müdafiə sənayesi şirkəti tərəfindən istehsal olunur: DroneShield, Micro-X, Minelab və SPEE3D. İyun ayında Avstraliya Ukraynaya 70 hərbi texnika və 105 mm-lik artilleriya sursatının daxil olduğu 73.4 milyon dollarlıq yardım paketi göndərdiyini elan edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər