-1 C
Baku
Sunday, December 15, 2024

Avstraliyanın Mərkəzi Bankı faiz dərəcələrini aşağı saldı

Avstraliyanın ehtiyat bankı faiz dərəcəsini 1,25%-dan 1%-a qədər aşağı salıb.

Banker.az xəbər verir ki, bu rekord göstəricidir.

Tənzimləyicinin qərarı bazarların və iqtisadçıların gözləntilərinə uyğun gəlib.

“Pul-kredit siyasətinin yumşaldılması əhalinin məşğulluğunu yüksəldəcək və inflyasiya səviyyəsinin orta statisti göstəricilərə cavab verəcək”, deyə Avstraliyanın Ehtiyat bankının rəhbəri Filip Lou bildirib.

“Şura bazardakı vəziyyətə yaxından nəzarət edəcək və iqtisadiyyatın davamlı artımını təmin etmək və inflyasiyanın hədəf göstəricilərinə nail olmaq üçün zəruri hallarda pul-kredit siyasətini tənzimləyəcək”.

Qeyd edək ki, Avstraliya iqtisadiyyatı artıq 1990-cı illərdən başlayaraq ressesiyadan qaçır. Son zamanlarda ölkə istehlak xərclərinin aşağı olması, mənzillərin qiymətinin aşağı düşməsi və digər bir sıra problemlərlə üzləşmiş olub. Vəziyyəti çətinləşdirən amillərdən biri də Çin ilə gedən ticarət müharibəsidir.

Birinci rübdə Avstraliyanın ÜDM-u ötən ilin analoji dövrü ilə müqayisədə 1,8% artıb.

İstehlak xərcləri ÜDM-un 56%-ni təşkil edir və birinci rübdə 1,8% artıb.

“İstehlak artımı zəif olub, bu mənzil qiymətlərinin aşağı olması və gəlirlərin aşağı səviyyədə artması ilə əlaqəli olub. Faiz dərəcəsini aşağı salmaq qərarı işsizliyi azaltmağa və inflyasiyanın hədəf göstəricilərə çatdırılmasına kömək edəcəkdir”.  

 

 

Son xəbərlər
Digər xəbərlər