21 C
Baku
Friday, April 26, 2024

Avstriya bank sistemi

Avstriya milli bankının əsas fəaliyyət aspekti digər kredit təşkilatları ilə işləməkdir. Onlar arasındakı qarşılıqlı münasibət banklar haqqında qəbul edilmiş milli qanun əsasında formalaşır. Qarşılıqlı münasibətlərin ən başlıca sahəsi mərkəzi bankın kommersiya bankları üzərində idarəçiliyidir.

Avstriya mərkəzi bankının məlumatlarına əsasən, 1995-ci ildə Avstriya bank sistemi mərkəzi bank da daxil olmaqla 1102 kredit təşkilatından ibarət idi. Bura həmçinin aşağıdakılar daxil idi:

  • ixtisaslaşdırılmış banklar (1324 milyard dollar aktivə sahib 54 bank);
  • əmanət bankları (1406 milyard dollar aktivə sahib 92 bank);
  • regional banklar (260 milyard dollar aktivə sahib 9 bank);
  • kənd kredit kooperativləri (866 milyard dollar aktivə sahib 769 təşkilat);
  • sənaye kredit kooperativləri (191 milyard dollar aktivə sahib 84 təşkilat);
  • tikinti cəmiyyətləri (158 milyard dollar aktivə sahib 4 cəmiyyət);
  • ixtisaslaşdırılmış banklar (355 milyard dollar aktivə sahib 90 bank).

Avstriya ikinci dərəcəli bank sisteminə İkinci dünya müharibəsindən sonra milliləşdirilmiş iki nəhəng bank başçılıq edir. Onların digər banklar və maliyyə institutları üzərində iştirak payı çox böyükdür. Bu banklardan biri “Kreditanştalt – Bankferayn”, digəri isə Avstriya bankıdır.

Avstriya bank sistemində kənd kredit kooperativləri mühüm rol oynayır və böyük filial şəbəkələrinə sahibdirlər. Kooperativlər demək olar ki, bütün bank əməliyyatlarını həyata keçirir, lakin krediti yalnız kooperativin üzvlərinə verirlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər