Avstriya milli bankına xas olan ən özəl xüsusiyyət onun müstəqil olmasıdır. Bankın müstəqilliyi sayəsində dövlətin federal və torpaq orqanları qızıl valyuta ekvivalenti vermədən bankdan birbaşa və yaxud dolayı yolla pul ala bilməzlər. Lakin müstəqil hallarda bank dövlət borcunun kəsrlərini ödəmək üçün federal qüvvələrə qısa müddətli kreditlər təqdim edə bilər.
Bundan başqa, AMB hər il federal büdcəyə vergi və dividentlər formasında öz büdcəsinin böyük bir hissəsini əlavə edir. Belə ki, 1997-ci ildə bankın gəlirinin 74%-i büdcəyə əlavə edilmişdi. Mərkəzi banklarla bağlı qəbul edilmiş yeni qanunda isə xalis gəlirin 90%-nin büdcəyə ayrılması nəzərdə tutulur.
Avstriya milli bankının müstəqilliyi tam şəkildə deyil. Bankın fəaliyyəti onun qarşısına qoyulmuş bir sıra məqsəd və tapşırıqlar çərçivəsində həyata keçirilir.
AMB-nın əsas məqsədi ölkənin iqtisadi sabitliyinin qorunmasıdır. Bununla belə bakın icra etməli olduğu tapşırıqlara aşağıdakılar daxildir:
- ölkə daxilində pulların alıcılıq qabiliyyətini dəstəkləmək;
- şillinq ilə əcnəbi valyutalar arasında sabit münasibəti dəstəkləmək;
- ödənişlərin uzun müddətli balansını qoruyub saxlamaq;
- •xalq təsərrüfatının vəziyyəti ilə bağlı məlumatların toplanması və təhil edilməsi;
- ölkənin iqtisadi inkişafı ilə bağlı proqnozlar vermək.