10 C
Baku
Wednesday, December 11, 2024

Avstriyada məcburi peyvənddən imtina edənlər həbs olunacaq

Avstriyada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edənlər 3.6 min avrodan 7.2 min avroya qədər cərimələnəcək.

Banker.az xəbər verir ki, məlumata görə, cəriməni ödəmək istəməyən şəxslər isə həbs ediləcək.

Yeni qanun layihəsi əks göstərişlər olan şəxslər, hamilə qadınlar və 12 yaşa qədər uşaqlara şamil edilməyəcək. Dekabrın 6-sında sənədə parlamentin hər iki palatası baxacaq.

Xatırladaq ki, daha əvvəl Avstriya hökuməti koronavirusa yoluxma hallarının artması fonunda 2022-ci ilin fevralından başlayaraq vaksinasiyanı məcburi etməyi planlaşdırdığını açıqlamışdı.

Son xəbərlər
Digər xəbərlər