15 C
Baku
Saturday, April 20, 2024

Avstriyada SOCAR-ın ilk yanacaqdoldurma məntəqəsi fəaliyyətə başlayıb

Avstriyanın Qrats şəhərində SOCAR brendi altında ilk yanacaqdoldurma məntəqəsi (YDM) fəaliyyətə başlayıb.

Bu barədə SOCAR-ın İsveçrədəki törəmə strukturundan deyiblər.

Məlumata əsasən, bu ayın sonunda Avstriyada SOCAR loqosu ilə işləyən ikinci YDM də istifadəyə veriləcək.

Qeyd edək ki, 2017-ci ildə “SOCAR Energy Holding” (“SOCAR Energy Switzerland”ın törəmə strukturu) Avstriyada YDM şəbəkəsinə (ümumi 82 YDM) sahib olub. “SOCAR Energy Holding” Avstriyanın pərakəndə yanacaq satışı bazarına daxil olaraq, “A1” şirkətinə məxsus yanacaqdoldurma məntəqələrini və neft yağlarının ticarəti sahəsində fəaliyyət göstərən “Pronto Oil” şirkətini satın alıb.

“Növbəti bir neçə il ərzində mövcud 82 “A1” yanacaqdoldurma məntəqəsi tədricən SOCAR brendi ilə əvəzlənəcək”, – deyə SOCAR-ın İsveçrədəki törəmə strukturundan bildirilib.

Bundan öncə “A1” brendinin Avstriya bazarında artıq yüksək səviyyədə tanındığı nəzərə alınaraq SOCAR satın aldığı YDM-ləri həmin brend altında istismar etməyi planlaşdırırdı.

©APA

Son xəbərlər
Digər xəbərlər