10 C
Baku
Thursday, December 12, 2024

Avtomobil lizinqi yoxsa avtomobil krediti ?

Lizinq maliyyə icarəsi formasıdır və hər hansı bir avadanlığın və ya əmlakın lizinq şirkəti tərəfindən satın alınaraq lizinqalana razılaşdırılmış müddətə istifadəyə (icarəyə) verilməsidir. Müqavilə müddəti bitdikdən sonra avadanlıq (əmlak) lizinq şirkətinin razılığı ilə qalıq dəyəri ödənilməklə lizinqalanın mülkiyyətinə keçir. Bu zaman icarə müddəti əmlakın tam amortizasiya müddətinə bərabər və ya ondan az olmalıdır.

Qısa bir zamanda köhnə avtomobillərindən bezənlər və yeni avtomobil əldə etmək istəyənlər üçün avtomobil lizinqi sərfəli bir fürsətdir.

Avtomobil lizinqi və avtomobil krediti nə ilə fərqlənirlər?

Maliyyə analitiklərinin dedikləri kimi, avtomobil lizinqi və kreditinin bir çox oxşar cəhətləri var.

Qeyd edək ki, həm avtomobil lizinqi, həm də avtomobil krediti zamanı istifadəçi ilkin ödənişdən dərhal sonra seçdiyi nəqliyyat vasitəsinin sükan arxasına keçə bilir.

Avtokreditdə olduğu kimi lizinq zamanla da nəqliyyat vasitəsinin sahibi hər ay ödənişlər etməli və üçüncü şəxslərin müdaxiləsindən və qəzalardan sığortalanmalıdı.

Lizinqin avtomobil kreditindən əsas fərqi bundan ibarətdir ki, kreditləşmə zamanı nəqliyyat vasitəsinin mülkiyyət hüququ kredit götürənə, lizinq zamanı isə avtomobilin  mülkiyyət hüququ lizinq şirkətinə məxsus olur. Beləliklə, aydın olur ki, lizinq bank təşkilatı və yaxud lizinq təşkilatı tərəfindən nəqliyyat vasitəsi istifadə etməyə aid haqqın alınmasına pul vəsaitlərin verilməsidir.

Maliyyə analitikləri avtomobil lizinqinin çox sərfəli olduğunu deyirlər. Məsələn, avtomobil sahibinin yol polisi ilə problemləri olduğu halda lizinq şirkəti avtomobil sevənə bu problemləri həll etməyə kömək edir. Bundan savayı, lizinq şirkətləri öz müştərilərinə avtomobilin texniki baxışdan keçməsində, sığortalanmada yardım edir.

Avtomobilin lizinq prosesi necə baş tutur?

Qeyd edək ki, fiziki şəxslər tərəfindən avtomobilin lizinq prosesi bu cür baş tutur: maliyyə müəssisəsi və yaxud lizinq şirkəti avtomobili əldə edir, müştəri ilə müqavilə bağlanılır və o,  avtomobili idarə etmək haqqını qazanır, bununla yanaşı müştəri müəyyən müddət ərzində hər ay ödənişlər etməlidir. Müqavilə müddəti bitdikdən sonra avtomobil lizinq şirkətinin razılığı ilə qalıq dəyəri ödənilməklə lizinqalanın mülkiyyətinə keçir. Bu zaman icarə müddəti əmlakın tam amortizasiya müddətinə bərabər və ya ondan az olmalıdır.

Avtomobil lizinqinin üstün cəhətləri

Bugünkü gündə lizinq şirkətləri öz potensial müştərilərinə sürətli lizinq xidmətləri (çox saylı sənədlər istənilmir) təklif etməyə hazırdır.

Avtomobil lizinqinin faiz dərəcələri avtomobil kreditindən bir o qədər də fərqlənmir.

Həm lizinq, həm də avtomobil krediti vaitəsi ilə siz daha öncə istifadə olunmuş avtomobilləri əldə edə bilərsiniz. Lakin bir çox lizinq şirkətləri müştərilər tərəfindən yeni avtomobillərin əldə edilməsinə yönəldiliblər.

Həmçinin qeyd edək ki, lizinq üzrə kreditlərin verilməsi daha uzun müddətli olur.

Avtomobil lizinqinin mənfi cəhətləri

Mütəxəssislərin dediklərinə görə, avtomobil lizinqinin əsas mənfi cəhəti bundan ibarətdir ki, müştərinin həm avtomobilindən, həm də pul vəsaitlərindən məhrum ola bilər. Lizinq üzrə kredit götürənin aylıq ödənişləri etmədiyi halda lizinq şirkəti məhkəməyə müraciət edərək sizin borcunuzu ödəməyinizi tələb etməyəcək. Avtomobilin mülkiyyət hüququ lizinq şirkətə məxsus olduğu üçün lizinq şirkəti müştəridən avtomobili geri ala bilər.

Avtomobil krediti zamanı isə müştəri aylıq ödənişləri etmədiyi halda uzun sürən məhkəmə proseslərində iştirak edə bilə və avtomobili özündə saxlaya bilir.

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.