8 C
Baku
Friday, December 13, 2024

Avtomobillərdə siqaret çəkilməsinin qadağan olunması təklif edilir

Deputat: “Sürücü siqareti çəkən zaman kül şalvarına düşür, o da külü təmizləməyə çalışır”.

Milli Məclisin (MM) deputatı Araz Əlizadə avtomobillərdə siqaret çəkilməsinin qadağan olunmasını təklif edib.

Deputat bu təklifi MM-in Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında səsləndirib.

A.Əlizadə deyib ki, sürücünün siqaret çəkməsi idarəetmənin itirilməsinə səbəb ola bilər: “Sürücü siqareti çəkən zaman siqaretin külü şalvarına düşür, sürücü külü təmizləməyə çalışır, bu zaman da onun diqqəti yoldan yayınır. Ona görə də bunu qadağan etmək lazımdır”.

©Report

Son xəbərlər
Digər xəbərlər