6 C
Baku
Sunday, December 15, 2024

Avtovağzalların təşkil qaydası müəyyənləşir

Əhalisinin sayı üç yüz min nəfərədək olan yaşayış məntəqələrində bir, əhalisinin sayı üç yüz min nəfərdən çox olan yaşayış məntəqələrində iki və ya daha çox avtovağzal (avtostansiya) təşkil oluna bilər.

Banker.az xəbər veirr ki, bu, Milli Məclisin keçirilən iclasında müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, avtovağzallar (avtostansiyalar) sərnişin daşınmasını yerinə yetirən daşıyıcılara və sərnişinlərə xidmət göstərilməsi məqsədilə ayrı-ayrı şəhərlərdə və rayonların inzibati mərkəzlərində, habelə sərnişin axını intensiv olan iri nəqliyyat qovşaqlarında təşkil olunur.

Qanun qəbul ediləcəyi halda 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər