“AXA MBASK” Sığorta Şirkəti ASC-nin cari ilin 1 iyul 2019-cu il tarixinə işçi sayı 47 nəfər təşkil edib.
Banker.az-ın xəbərinə görə, bu ilin əvvəli ilə müqayisədə 1,81 dəfə azalma olması deməkdir.
Sığorta şirkətinin ötən ilin analoji dövründə işçi sayı 86 nəfər və 2019-cu ilin əvvəli isə 85 nəfər təşkil edirdi.
Xatırladaq ki, “AXA” brendinin “AXA MBASK”dakı 100% payını satdığı ilə bağlı məlumatlar KİV-də yayılsa da hələki rəsmi olaraq bu sənədlərdə göstərilmir.