İşləmədiyimiz zaman hər kəs bizdən nəsə xahiş edərək bizim üzərimizə çox öhdəlik qoyur. Bəs bu bizim iş axtarmağımıza necə təsir edir? Öz vaxtımızı necə daha yaxşı istifadə edə bilərik?
Bizim işimiz olduğumuz zaman gündəlik işlərə o qədər də çox vaxtımız qalmır. Və ətrafdakılar bunu başa düşürlər. Lakin hər hansısa səbəbdən biz işsiz olduğumuzda hər kəs mütləq olaraq bizim boş vaxtımızdan yararlanmaq istəyir. Onlar elə düşünürlər ki, bizim həddindən artıq çox boş vaxtımız var.
Bir çox xahişləri və ricaları biz sevinərək edirik. Axı öz qohumlarımıza, dostlarımıza kömək etmək hər zaman xoşdur. Lakin əslində bizim o qədər çox boş vaxtımızın olmamağını anlamaq və bunu yaxınlarımıza çatdırmaq çox vacibdir. Yaxşı iş tapmaq üçün iş axtarmağa ciddi yanaşmaq lazımdır və buna bütün bir iş gününü sərf etmək lazımdır. Yaxşı tərcümeyi-hal tərtib etmək, vakansiyalar axtarmaq, işə götürənlə telefon əlaqələri qurmaq, müsahibələrə hazırlaşmaq, potensial işə götürənlər haqqında məlumat axtarışı, sizə iş tapmaqda kömək edə biləcək insanlarla ünsiyyət və s. həqiqətən də sizin çox vaxtınızı aparır və çox diqqət və konsentrasiya tələb edir.
Bu dövrdə düzgün balans tapmaq asan deyil. Siz uyğun kompromislər tapana qədər çoxsaylı sınaqlar və səhvlər yaşayacaqsınız. Biz sizə ilk növbədə öz yaxınlarınızla danışmağı və onlara boş vaxtınızın olmadığını başa salmağı məsləhət görürük. Axı sizə bütün günü divanda uzanaraq iş təklifi haqqında zəng gözləmirsiniz. Onlardan sizə həm mənəvi, həm də fiziki kömək etməklərini xahiş edin. Qoy onlar sizə iş tapmaqda yardım etsinlər. Lakin ehtiyatlı olun. İş tapmaqda başqalarının köməyinə arxalanmaq təhlükəli də ola bilər.
Təbii ki, tamamilə özünüzü iş axtarmağa sərf etmək lazım deyil. Necə də olmasa sizin həqiqətən çox vaxtınız var və onu faydalı istifadə etməyə çalışın. Ailənizlə çox vaxt keçirin, öz sağlamlığınızla məşğul olun, vaxtınızı faydalı şəkildə keçirdin.