17 C
Baku
Friday, April 19, 2024

İş axtarışını məhv edə biləcək qərar

“Mən istənilən işə razılaşmağa hazıram”- əfsuslar olsun ki, bir o qədər də nadir səslənən ifadə deyil. Sizin seçiminiz nə qədər az olarsa, iş tapmaq şanslarınız da bir o qədər də azalacaq. Buna görə tez qərar verməyə və nəticə çıxartmağa tələsməyin.

Biz sizə bu məqalədə “hər şeyə razıyam” ifadəsinin iş tapmağa nəyə görə ziyan gətirdiyi haqqında sübutları təqdim edəcəyik. 

Əlacsızlıq işə götürənləri cəlb etmir

Şirkətlər işçilərinin öz mövqelərində özlərini rahat hiss etmələrini istəyirlər. Yalnız bu halda əməkdaşlar öz işlərinin öhdəsindən məharətlə gəlməyə və şirkətə öz məqsədlərinə çatmaqlarında kömək edə bilər. Buna görə, əgər siz öz istəklərinizə və ixtisasınıza baxmayaraq istənilən işə düzəlməyə hazırsınızsa, bu sizin iş tapmaqda şanslarınızın artacağı demək deyil. Beləliklə, işə götürən sizin işinizin keyfiyyətini deyil, vaxtınızı satın ala biləcək. Ona isə sizin işinizin keyfiyyəti lazımdır.

Uyğun olmayan müraciətlərə baxılmır

İsənilən vəzifəyə müvafiq olan tərcümeyi hallara və vakansiyaya uyğun olmayan tərcümeyi hallarına əksər hallarda baxılmır.

Sizin müraciət formanız məqsədli və “Nəyə görə bu vəzifəyə məhz siz seçilməlisiniz?” sualına cavab verməlidir. İşə götürən adətən iş təcrübəsinə, müvafiq bacarıqlara və staja fikir verir. Buna görə sizin müxtəlif vakansiyalara öz tərcümeyi halınızı göndərməyiniz sizə xeyirdən çox ziyan gətirəcəklər, çünki vaxtınızı alacaqlar.

Boş vaxt itkisi həmin vaxtı faydalı şəkildə istifadə etməyə imkan vermir

Bütün iş axtaran şəxslər hər gün iş axtarmağa müəyyən bir vaxt ayırırlar. Siz vaxtınızı nə qədər çox kütləvi halda müxtəlif vakansiyalara göndərməklə və perspektivsiz iş müsahibələrinə getməklə boş yerə sərf edəcəksiniz, sizin faydalı iş görməyə bir o qədər az vaxtınız qalacaq.

Sizi maraqlandıran şirkətlər axtarın, onların təkliflərini və tələblırini diqqətli araşdırın, bir neçə faydalı təlimlərə gedin, faydalı kitablar oxuyun, öz tərcümeyi halınızı təkmilləşdirin. Bir sözlə, vaxtınız faydalı şıkildə keçirdin.

Özünə əminliyin olmaması

Əgər siz özünüzə əmin olmasanız, işə götürən də sizin üzərinizə düşəcək öhdəliklərindən gələ biləcəyinizə inanmayacaq.

Nəticəsiz ümid

Və nəhayət, nəzərə alın ki, siz sizə uyğun olmayan işlərin axtarışına nə qədər çox əmək sərf etsəniz, sizə bir o qədər elə gələcək ki, nəticə qısa bir zamanda bəlli olacaq. Siz boş yerə ümid bəsləmiş olacaqsınız və sonda yəgin ki, məyus olacaqsınız.
Buna görə vaxtınızı daha səmərəli şəkildə sərf etməyə, yeksək məqsədlərə nail olmağa və özü üzərinizdə işləməyə çalışın.

Son xəbərlər
Digər xəbərlər