17 C
Baku
Saturday, May 18, 2024

AYİB Azərbaycanda “yaşıl enerji”nin inkişafına kredit ayıra bilər

Energetika nazirinin müavini Elnur Soltanov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Şərqi Avropa və Qafqaz ölkələri üzrə idarəedici direktoru Matteo Patronun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Energetika Nazirliyindən verilən məlumata görə, görüş zamanı nazir müavini AYİB ilə müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda uzunmüddətli əməkdaşlığın mövcud olduğunu bildirib.

Məlumata görə, hazırda davam edən “Bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin gücləndirilməsi” layihəsinin yaşıl enerjidən istifadənin genişləndirilməsi kontekstində əhəmiyyəti vurğulanıb. İnteqrasiya ilə əlaqədar aparılan təhlillərdən bəhs edilib və müəyyən konkret layihələrə kredit ayrılması məsələsi müzakirə olunub.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər