10 C
Baku
Wednesday, December 11, 2024

AYİB: Bu il Azərbaycanda CƏB-in profisiti 31,7% təşkil edəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının (CƏB) profisitinin ÜDM-də payının 31,7% (2021-ci ildə 15,2%) təşkil edəcəyini proqnozlaşdırıb.

Bu barədə bankın “Transition Report 2022-23” hesabatında bildirilib. AYİB-in proqnozlarına görə, bu il CƏB-in kəskin artmasına neft və qazın qiymətlərinin artması yüksək təsir göstərib.

Bundan əlavə, AYİB dövlət büdcəsinin ÜDM-də çəkisini 17,1% proqnozlaşdırıb. 2021-ci il üzrə isə bu göstərici 4,1% təşkil etmişdi. Hesabata əsasən, birbaşa xarici investisiyaların ÜDM-də payı bu il 3.5% proqnozlaşdırılıb. Ötən il isə bu rəqəm 3.8% təşkil edirdi.

AYİB-in qiymətləndirmələrinə görə, 2023-cü il üçün Azərbaycanın prioritetləri iqtisadiyyatın dayanıqlılığını artırmaq üçün onun gələcəkdə şaxələndirilməsi siyasətinin davam etdirilməsi, dövlətin iqtisadiyyatda iştirakının azaldılması olmalıdır. “Xarici investisiyalar üçün maliyyə sektorunun açılması maliyyəyə çıxışı yaxşılaşdıracaq, kiçik və orta müəssisələrin investisiya fəaliyyətini dəstəkləyəcək”, – deyə bankın hesabatında bildirilib.

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər