3 C
Baku
Saturday, December 14, 2024

AYİB Ukraynanın ərzaq təhlükəsizliyinə 53 milyon avrodan çox vəsait ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Ukraynanın iki bankına və bir lizinq şirkətinə 53 milyon avrodan çox kredit verib. Vəsait Ukraynanın ərzaq təhlükəsizliyini maliyyələşdirmək üçün nəzərdə tutulub.

Bu barədə “RBK-Ukrayna” AYİB-nin press-relizinə istinadən məlumat yayıb.

“AYİB ayrı-ayrı yerli banklar və lizinq şirkəti ilə risklərin bölüşdürülməsi haqqında sazişlər bağlayaraq Ukraynadakı müharibə zamanı ərzaq təhlükəsizliyinin yaxşılaşdırılmasına kömək edir”, – məlumatda deyilir.

Qeyd olunur ki, AYİB-nin “ProCredit Bank”, “OTP Bank” və “OTP Leasing” ilə sazişlər üzrə əhatə etdiyi risklərin payı 53,25 milyon avronun 30 milyonu həcmindədir.

Bankdan bildirilib ki, bu il ərzaq təhlükəsizliyini dəstəkləmək üçün kredit təşkilatının xüsusi paketi Ukraynaya 200 milyon avro məbləğində investisiyanın ayrılmasını nəzərdə tutur.

Ümumilikdə bu il Ukraynaya 1 milyard avro ayrılması planlaşdırılır. Vəsait ticarət, enerji təhlükəsizliyi, həyati vacib infrastruktur sahələrinin və əczaçılıq sənayesinin dəstəklənməsinə yönəldiləcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər