15 C
Baku
Saturday, April 20, 2024

Aylıq borcunuz olan taksit kartını ləğv etmək mümkündür?

Hazırda ölkəmizin bir çox bankları əhalinin istifadəsi üçün taksit kartları təqdim edir. Bəzən nə isə almaq istədikdə birbaşa həmin məbləği ödəyə bilmirik. Buna görə də taksit kartları əldə etməklə istədiyimiz əşyanı, geyimi, məişət texnikası, mebel və s. alıb hissə hissə geri ödə bilirik.

Aylıq ödənişlərini vaxtlı-vaxtında edən və taksit kartından düşünərək, düzgün şəkildə istifadə edən şəxslər üçün taksit kartları son dərəcə faydalı bir kart hesab olunsa da, ödənişlərində gecikmələr olan və ödənişlərinə limit qoya bilməyən şəxslər haqqında bunları demək bir o qədər də doğru olmaz. Çünki, həmin şəxslər bu kartlardan istifadə etdikcə, taksit kartı maliyyə vəziyyətinə kömək olmaq əvəzinə, həmin şəxsi müflis olmaq həddinə gətirib çıxardır.

Banklarımız hər il demək olar ki, minlərlə kredit kartları istifadəyə versələr də bir çox insanlar bu kartları həyatlarından çıxarmağın yollarını axtarırlar. Təbii ki, taksit kartının içərisində heç bir borcu olmayan şəxslər üçün bu kartlardan imtina etmək asandır. Lakin içərisində kifayət qədər borcu olan və hər ay ödənişlər edən şəxslərin kartlarından xilas olmaları bir o qədər də asan deyil.  Çünki, hər dəfə “bu ay borcumu bağlayıb, birdə kartdan istifadə etməyəcəm” deyən şəxslər hər birimizin ətrafında var.

Bildiyiniz kimi, taksit kartından artıq istifadə etmək istəməyən və kartında heç bir borcu olmayan şəxslər, banka yaxınlaşaraq öz adına olan taksit kartını ləğv etdirməsi mümkündür. Lakin, bəziləri dayanmadan taksit kartı ilə ödənişlər edərək borcunu azaltmadığı üçün taksitləri davam edən kartı ləğv eməkdə çəkinlik çəkirlər. Taksit kartının aylıq ödənişlərini bitirmədikləri üçün kartlarını ləğv etməyin mümkün olmadığını düşünə bilərlər.

Bəs, taksit kartında aylıq ödənişləri olan şəxs kartını necə ləğv edə bilər?

Taksit kartında aylıq ödənişləri olan şəxslərin artıq lazımsız ödənişlərini belə kart vasitəsilə edərək maliyyə vəziyyətlərini çətinləşdirirlər. Çünki, bu onlarda adət halı alaraq, bir asılılığa çevrilib. Buna görə də taksit kartından düzgün istifadə edə bilməyən şəxslərin kartlarını ləğv etmələri daha düzgündür.

Taksit kartından xilas olmaq və kartında borcu olduğu halda belə taksit kartını ləğv etdirmək istəyən şəxslər, öz adına olan taksit kartı və şəxsiyyət vəsiqəsi ilə banka yaxınlaşaraq, kartını ləğv etdirmək istədiyiniz bildirməlidir. Bu zaman bank sizin taksit kartınızı ləğv edəcək, kartınızda olan borcunuzu isə hər ay vaxtında edəcəksiniz. Bu zaman isə bank sizdən heç bir əlavə xərc tutmayacaq.

Beləliklə də siz həmin ödənişləri etdikdən sonra, istədiyiniz alış-verişi nağd olaraq edə biləcəksiniz. Çünki, taksit kartında olan pul sizin deyil, həmin pulları xərclədiyiniz kimi də, geri ödəməlisiniz. Əgər taksit kart istifadəçisinizsə, deməli sizin üçün də pul qazanmaq heç də asan deyil. Çalışın pulunuzun qədrini bilin və pullarınızı düzgün  idarə etməyi bacarın.

Son xəbərlər
Digər xəbərlər