17 C
Baku
Saturday, May 4, 2024

AYNA: Bakıda taksilərin 60 faizinin yaşı 15 ildən çoxdur

Bakıda taksilərin 60 faizinin yaşı 15 ildən çoxdur.

Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Anar Rzayev Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib.

O bildirib ki, Bakıda yaşı 5 ilə qədər olan taksilər 7 faiz təşkil edir: “Hazırda paytaxtda yaşı 5-10 il olan taksilər 10 faiz, 10-15 il olanlar isə 21 faiz təşkil edir”.

“Yaşı 15-20 il olan taksilər 42 faiz, yaşı 20 ildən çox olan taksilər isə 20 faiz təşkil edir”, – deyə o əlavə edib.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər