8 C
Baku
Wednesday, October 30, 2024

Azərbaycan dünyada ikinci ən böyük xurma ixracatçısı olub

2021-ci ildə Azərbaycan xurma məhsulunun ixracında Çini geridə qoyub və İspaniyadan sonra dünyanın ikinci ən böyük xurma ixracatçısı olub. “Azexport.az” elektron ticarət portalının rəhbəri Ayxan Qədəşovun sözlərinə görə, ötən il Azərbaycandan 125,9 milyon ABŞ dolları dəyərində xurma ixrac olunub.

“Bu göstərici ilə dünya bazarında ixracatdakı payımız 2020-ci ildəki 13%-dən 2021-ci ildə 20%-ə yüksəlib”, – Ayxan Qədəşov qeyd edib.

Dövlət Gömrük Komitəsinin rəsmi statistikasına görə, 2021-ci ildə ölkədən 174158.19 ton xurma ixrac edilib ki, bu da bir il öncəki göstəricini 38,5% üstələyir.

Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Qədir Yusifov yerli məhsulun əsasən Rusiya və Ukrayna bazarlarına tədarük edildiyini bildirərək qeyd edib ki, bu ölkələrə məhsul ixracının artırılması mövcud vəziyyətin sabitləşməsindən asılı olacaq.

Son xəbərlər
Digər xəbərlər