7 C
Baku
Sunday, February 5, 2023

Azərbaycan idxalçı şirkətlərini Hindistandansa Pakistanla ticarətə həvəsləndirir

BANKER.AZ — Azərbaycan hökuməti idxalçı şirkətləri siyasi müstəvidə daha yaxın olduğu Pakistandan mal gətirməyi daha çox həvəsləndirmək istəyir.

Azərbaycan Respublikasını Nazirlər Kabineti ötən gün 22 noyabr 2022-ci il tarixdə , Pakistan İslam Respublikasından ölkəyə idxal olunan düyü 15 faiz idxal gömrük rüsumundan azad etdi və bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək.

Bildirilir ki, bu rüsumdan azad edilmə müddəti növbəti 4 ili əhatə edir. Yəni, həmin ölkə mənşəli düyü 31 dekabr 2027-ci il tarixinədək idxal gömrük rüsumundan azad edilir.

Azərbaycanın idxalçı şirkətləri düyünün böyük hissəsini Hindistandan edirlər. Uzun müddətdir bu belədir. Lakin, Hindistan 2022-ci ildə qlobal miqyasda gedən ticarət zəncirində qırılma təhlükəsi və eləcə də ölkə ərazisində qeydə alınmış quraqlıqlar səbəbindən məhsuldarlığdakı eniş ölkəni proteksionist siyasət yürütməyə məcbur edib və ixracda məhdudiyyətlər tətbiq edir. Bunun nəticəsində də Azərbaycandan olan şirkətlər idxalda növbəti dövrlərdə çətinliklə üzləşməsi realdır.

Azərbaycan 2022-ci ilin ilk üç rübündə 42.87 min tonluq, 36.31 mln. dollarlıq düyü idxal edib və bunun da 74%-i Hindistanın payına düşür. İdxalçı şirkətlər Azərbaycana Hindistandan ilin ilk üç rübündə 31.74 min ton ($29.36 mln.) düyü gətiriblər. Bu ölkədən idxal öncəki ilin analoji dövründə 24.58 min ton ($20.17 mln.) həcmində düyü gətirmişdilər ki, bu da ümumi idxalda payın 70%-ni təşkil edirdi.

Pakistandan düyü idxal ilə Hindistandan olan rəqəmlər arasında kəskin fərqlənir. Azərbaycan Cənubi Asiya ölkəsindən ötən il 1.5 min ton ($983 min) düyü gətirmişdi, cari ildə bu rəqəm  0.94 min tona  ($667 min) düşüb. Yəni Pakistanın idxalda payı 4%-dən 2%-ə enib.

Azərbaycan 2022-ci ildən Pakistanla ticarət əlaqələrini inkişaf etdirmək istəyir. Məsələn, cari ildən kartof idxalında İranın payını azaldaraq bunu Pakistanla əvəz edə bilib. Ətraflı.

Ölkədə bu məhsuldarlıq istehsal baxımdan yüksək olub. Məsələn, 2022-ci ilin ilk 9 ayında 11.55 min ton çəltik (düyünün üyüdülməmiş forması) yığılıb. Bununla belə yerli bazarda uzun düyü kimi tanınan bu məhsulun (idxal olunan) bir kiloqramı ötən ilin oktyabrında 3.55 manat olduğu halda, cari ilin eyni dövründə 4-5 manata kimi bahalaşıb.

Son xəbərlər
Digər xəbərlər
X