23 C
Baku
Tuesday, April 23, 2024

Azərbaycan İrandan kartof idxalını kəskin azaldır – Onu Pakistan əvəzləyir

Azərbaycan 2022-ci ilin ilk üç rübündə İran İslam Respublikasından idxal etdiyi kartofun həcmini kəskin azaldıb və onu bu bazarda Pakistan əvəzləyir.

Bu barədə Banker.az-ın əldə etdiyi rəsmi statistik göstəricidə bildirilir.

Belə ki, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan İrandan cəmi 36.13 min ton həcmində kartof idxal edib və bu idxalın da dəyəri cəmi  8.93 milyon ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövründə Azərbaycan İran İslam Respublikasından 108.16 ton həcmində və  26.07 mln. dollar dəyərində kartof idxal etmişdi. Bu da illik müqayisədə 72 min ton, yaxud 66.6% azdır.

Cari ildə kartofun bir tonu İrandan 247.2 dollara idxal edilib. Bu öncəki ildə 242 dollar/ton təşkil edirdi.

Azərbaycan kartof bazarında indi Pakistana üstünlük verir. Hesabat ili ərzində Pakistan İslam Respublikasından 24.56 min ton həcmində, yaxud 7.37 milyon ABŞ dolları dəyərində kartof idxal edib. Öncəki illərdə bu rəqəm xeyli aşağı idi. Pakistandan idxal edilən kartof isə hər ton üzrə 300 dollar təşkil edirdi.

1 noyabr 2022-ci il tarixinə Azərbaycan bazarında kartof 33%-dən çox bahalaşıb, lakin bahalaşma idxalla deyil, yerli məhsullardakı qiymət artımı ilə əlaqəlidir. Belə ki, yerli istehsal kartofun bir kiloqramı 1.20 manat (əvvəlki ilin eyni dövrü ilə müqyisədə: 33% bahalaşıb), idxal edilən isə 1.00 manat (19%) təşkil edib. Ötən ilin müvafiq dövründə isə kartofun bir kiloqramının orta qiyməti ölkədə 0.90 və 0.84 manat təşkil edirdi.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda bu il kartof əkilən sahələr “daralıb”, lakin məhsuldarlıq yüksək olduğundan yığım 4% artaraq 2022-ci ilin ilk 8 ayında 864 465 ton təşkil edib. Ətraflı.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər