25 C
Baku
Friday, June 14, 2024

Azərbaycanda maliyyə bazarları ilə bağlı məlumat formaları təsdiq edilib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Maliyyə bazarlarında fəaliyyətə lisenziya və icazələrin verilməsi üçün təqdim edilən sənədlərin, o cümlədən səhmdarlar (iştirakçılar) arasındakı münasibətlər və benefisiar mülkiyyətçilər haqqında, habelə vətəndaş qüsursuzluğu haqqında məlumat formaları”nı təsdiq edib.

Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Eyni zamanda ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının 7 iyul 2017-ci il tarixli “Bank lisenziyalarının və icazələrin alınması üçün müraciət qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi haqqında” və “Bank olmayan kredit təşkilatları tərəfindən kreditlərin verilməsinə lisenziyanın və filialın açılmasına icazələrin alınması üçün müraciətə dair Qaydalar”nın təsdiq edilməsi haqqında” qərarları ləğv edilib.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər