10 C
Baku
Saturday, December 21, 2024

Azərbaycanın Türkmənistandan xam neft idxalı 76% düşüb

Azərbaycanın 2024-cü ilin yanvar-iyun aylarında Türkmənistandan xam neft idxalı 76 faiz azaldıb.

Banker.az xəbər verir ki, bu il neft tankerləri Türkmənistandan 122 098 tonluq xam neft daşıyıblar və bunun da idxal dəyəri 70.5 milyon ABŞ dolları təşkil edir.

Keçən ilin eyni dövründə Orta Asiyada ölkəsindən 467 457 tonluq xam neft idxal etmişdi. Bunun da dəyəri 271.6 milyon dollar idi.

Xam neftin bir tonu keçən 577 dollara idxal edildiyi halda, bu il cüzi ucuzlaşaraq 576 dollara düşüb.

Qeyd edək ki, cari ilin ilk yeddi ayında 1 milyon 167.96 min ton xam neft idxal edib. Bunun da dəyəri 655.74 mln. dollar olub.

Son xəbərlər
Digər xəbərlər