“Azər Maya” xəmir mayası satışından ₼5.54 mln. gəlir, ₼440 min xalis mənfəət əldə edib

Azərbaycanda xəmir mayası istehsal edən “Azər Maya” ötən ili gəlirlərinin kəskin artırılması ilə xalis mənfəəti 2021-ci ildə 92.5 min manat olduğu halda, 2022-ci ildə bu rəqəm 440.07 min manat  həcminə yüksəlib.

Banker.az bu barədə “Azər Maya İstehsal” QSC-nin illik maliyyə hesabatına istinadla xəbər verir.

2022-ci ildə əsas əməliyyat gəlirlərinini illik müqayisədə 2.3 dəfə artırmaqla 5 mln. 942.4 min manata yüksəldib. Satışın maya dəyəri  də artaraq 5 mln. 544.4 min manat olub ki, bu da 570.9 min manat əməliyyat mənfəətdiri.

“Azər Maya” 1997-ci ildə Bakı Bulka-Maya zavodunun bazasında, özəlləşdirilməklə yaradılıb. Zavod hazırda istehsal etdiyi xəmir mayası ilə Azərbaycanın tələbatını tam ödəməklə yanaşı, qonşu dövlət olan Gürcüstana da ixrac edir.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər