6 C
Baku
Saturday, December 14, 2024

Azər Türk Bank E-POS xidmətini təqdim edir

®Dövlət bankı Azər Türk Bankın hüquqi şəxs olan müştərilərinə və fərdi sahibkarlara təqdim etdiyi E-POS xidməti virtual ödəniş qəbulu terminalıdır.

Belə ki, E-POS xidməti sahibkar tərəfindən müştərilərinə təqdim etdiyi xidmət və ya məhsullar müqabilində kartlarla aparılan ödənişlərin onlayn qaydada qəbul edə biləcəyi unikal vasitədir. Onlayn satışı müxtəlif sosial şəbəkələr və digər kanallar üzərindən həyata keçirən sahibkarlara müştəri ödənişlərinin bu xidmət vasitəsi ilə qəbul etmək üçün internet saytın açılması tələb edilmir. 

Bunun üçün sahibkarın heç bir ödəniş etmədən Azər Türk Bankda hesab açaraq, “ATB Bussines”də qeydiyyat keçməklə E-POS xidmətinə qoşulmaq üçün müraciət etməsi kifayətdir. 

E-POS xidmətinə qoşulan sahibkar məhsul və xidmət əldə etmək istəyən müştərilərinə onlayn ödəniş üçün istənilən sayda link (keçid) yaratmaq imkanına malik olur. Alıcı, Bank tərəfindən SMS və ya e-mail vasitəsilə göndərilən linkə daxil olmaqla, istənilən bank kartı ilə ödəməni həyata keçirir. Bütün əməliyyatlar “3D Secure” protokolu ilə qorunur. 

Eləcə də sahibkar “ATB Business” vasitəsilə link üzrə bütün ödənişlərin statusuna nəzarət edə və hesabatlar yarada bilir, həmçinin CASHBACK əldə edir.

Qeyd edək ki, “Elektron ticarət” (E-commerce) xidməti istifadəçiləri avtomatik olacaq E-POS xidmətinə qoşulmuş hesab edilir və hər iki xidmətdən eyni anda faydalana bilərlər.

Daha ətraflı məlumatı https://atb.az saytından, Azər Türk Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770-945, yaxud (012) 945 nömrəli Çağrı mərkəzindən əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər