10 C
Baku
Wednesday, December 11, 2024

Azər Türk Bank kredit kampaniyasının müddətini uzatdı

®Dövlət bankı Azər Türk Bank istehlak kreditləri üzrə müştərilər üçün sərfəli kredit kampaniyasının müddətinin 30 noyabr tarixinədək uzadılması barədə qərar vermişdir.

Kampaniya ərzində 3 aydan 12 ay müddətinədək rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi 14%-dir. 

13 aydan 48 ayadək olan istehlak kreditlərinin faiz dərəcəsi 15%-dən başlayır.

Qeyd edək ki, 3 aydan 12 ayadək və 13 aydan 24 ay müddətinədək verilən kreditlərə görə komissiya nəzərdə tutulmamışdır.

unnamed

Bundan əlavə, Bank müştərinin orta aylıq xalis gəlirindən asılı olaraq, kreditin maksimum məbləğini 30 000 manat, təminatsız verilən kreditin məbləğini isə 15 000 manat səviyyəsində müəyyənləşdirmişdir.

Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək mümkündür.

Ətraflı məlumatı https://atb.az/ saytından, Azər Türk Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

 

Son xəbərlər
Digər xəbərlər