®Dövlət bankı Azər Türk Bank iqtisadiyyatın müхtəlif sektorlarında fəaliyyət göstərən hüquqi şəхslərə və fərdi sahibkarlara bizneslərində vəsait likvidliyinin dəstəklənməsi, dövriyyə vəsaitlərinin artırılması üçün əlverişli şərtlərlə AZN və USD valyutalarında “Biznes kredit xətti” məhsulunu təklif etməkdədir.
Biznes ehtiyaclarından irəli gələn qısamüddətli maliyyələşmə tələblərini qarşılayacaq, kreditin təyin olunmuş limit və müddət çərçivəsində tam və ya hissə-hissə ayrılmasını, ödənilməsini və yenidən istifadə olunmasını nəzərdə tutan bu kredit xəttinin illik faiz dərəcəsi müştəri ilə birgə müəyyən olunur.
Belə ki, müştərinin bankla əməkdaşlıq səviyyəsi, o cümlədən, hesabları üzrə apardığı əməliyyatların növləri və həcmi, kredit üzrə təklif olunan təminat və digər hallar əsas götürülərək standart kredit faiz dərəcəsinə əhəmiyyətli endirimlər tətbiq edilir.
Üç illik müddətədək açılan bu kredit xəttindən istifadə etmək istəyən sahibkarlar onlayn müraciət göndərərək, tamamilə ödənişsiz formada, həm biznes, həm də əməkdaşları üçün bütün növ hesablar açmaqla, Bankın müştəriləri sırasına qatıla bilərlər.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.