10 C
Baku
Friday, December 13, 2024

Azər Türk Bank xidmət şəbəkəsini yeniləyir

®Dövlət bankı Azər Türk Bank müştərilərə təklif olunan bank xidmətlərinin keyfiyyətini daha da yüksəltmək məqsədi ilə özünün xidmət şəbəkəsinin müasir dövrün tələblərinə tam uyğunlaşdırılması istiqamətində fəal iş aparır.

Bununla əlaqədar olaraq, Bank cari ilin 23 aprel tarixində Qəbələ rayonundakı şöbəsinin, növbəti ayda isə Bakıdakı 1 saylı şöbəsinin fəaliyyətini dayandırmaqla, xərclərin daha perspektivli istiqamətlərə yönəldilməsi barədə qərar vermişdir. 

Görülən tədbirlər sırasında növbəti addım Azər Türk Bankın dörd yeni xidmət strukturunun – Bakı şəhərinin mərkəz hissəsində və metronun “20 yanvar” stansiyası yaxınlığında modern filialların istifadəyə verilməsi olacaqdır. Üstün xidmət səviyyəsi təqdim olunacaq bu filiallarda müştərilərə geniş bank xidmətləri göstəriləcəkdir. 

Bankın son dövrdə qurduğu ekosistem, yenilənən xidmət şəbəkəsi vasitəsilə, Azərbaycanda tələb oluna biləcək ən müasir sistemləri və məhsulları təqdim etməyə imkan verir.

Daha ətraflı məlumatı https://atb.az/ saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər