16 C
Baku
Thursday, March 28, 2024

“Azəralüminium” Çindən Gəncəyə daşınma üçün “ADY Konteyner”ə ₼3 milyon verəcək

“Azəralüminum” MMC “ADY Konteyner” MMC ilə 3 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə 3264 ton bişirilmiş anod blokların Çin Xalq Respublikasının “Qujing” şəhərindən dəmir yolu vasitəsi ilə Gəncə stansiyasına konteynerlərlə daşınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 2 902 791 manatdır.

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC dəmir yolu vasitəsilə yük daşımalarının keyfiyyətinin artırılması və təhlükəsizliyinin təmin edilməsi, konteyner daşımalarının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi və səmərəli idarə olunması məqsədilə yaradılıb.

Azərbaycan Respublikasında olan bütün konteyner meydançaları və dəmir yolu konteyner daşımaları “ADY Konteyner” MMC tərəfindən idarə olunur.

Son xəbərlər
Digər xəbərlər