2 C
Baku
Saturday, December 14, 2024

“Azəralüminium”un mənfəəti azalıb

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azəralüminium” MMC 2022-ci ili 27 milyon 715 min manat xalis mənfəətlə başa vurub. 2021-ci ildə MMC-nin mənfəəti 30 milyon 76 min manat olub ki, bu da illik müqayisədə 8% azalma deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

“Azəralüminium”un ötən il gəlirləri 286 milyon 720 min manat (əvvəlki ilə nisbətən 22.3% çox), satışın maya dəyəri isə 232 milyon 238 min manat (36% çox) təşkil edir.

Xatırladaq ki, “Azəralüminium” MMC Azərbaycan Sənaye Korporasiyasının strukturundadır və ölkənin əlvan metallurgiya sənayesinin aparıcı şirkəti olaraq, gil-torpaqdan (aluminium oksidi), ilkin alüminium və aluminium yarımfabrikat (alüminium külçə, tökmə rulonları, soyuq yayma rulonları, lövhələri və zolaqları, həmçinin boyanmış rolunlar, pəncərə içlikləri) məhsullarının istehsalını həyata keçirir.

Son xəbərlər
Digər xəbərlər