11 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan əhalisi Türkiyəyə pul köçürmələrini 24% artırıb, Rusiyaya isə 20% azaldıb (SİYAHI)

2022-ci ilin birinci rübündə Azərbaycandan xaricə köçürülmüş fiziki şəxslərin pul baratlarının həcmi artıb.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının rüblük statistik açıqlamasına istinad edir.

Açıqlamaya görə, Azərbaycandan xaricə fiziki şəxslər 151.5 milyon ABŞ dolları göndəriblər. Bu da illik müqayisədə 29.6 mln. dollar, yaxud 24.3 faiz artımdır.

2022-ci ildə də Azərbaycandan ən çox pulun köçürüldüyü ölkə (27% payla) Türkiyədir. Belə ki, fiziki şəxslər orada yaşayan insanlara 2021-ci ilin eyni dövrü ilə müqayisədə 7.4 milyon dollar, yaxud 22.1 faiz daha çox pul köçürməklə ümumi həcmini 40.9 milyon dollara çatdırıb.

Birinci rübdə Azərbaycandan Rusiyaya köçürmələr isə 5.3 milyon, yaxud 13.6% azalma ilə 20.7 milyon dollara düşüb.435345353535

Son xəbərlər
Digər xəbərlər