9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 7%-dən çox artıb

2022-ci ilin yanvar-noyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7.3% artaraq 8 129.6 milyon manat olub. Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 6 192.3 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 76.2%-ini təşkil edib.

Komitənin məlumatına əsasən, cari ilin yanvar-noyabr aylarında hər bir ölkə sakini orta hesabla 807.6 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 122.3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

 

Son xəbərlər
Digər xəbərlər