6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan ərazisindəki beynəlxalq marşrutlara yeni yük növü cəlb edilib

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi “ADY Express” MMC daha bir yeni yük növü olan ilmenit qumunun Azərbaycan ərazisindəki beynəlxalq marşrutlara cəlb edilməsinə nail olub.

Bu barədə şirkətin məlumatında bildirilir.

Məlumata görə, ilmenit qumu “ADY Express”in ilk dəfə Orta Dəhliz vasitəsilə daşıdığı daha bir yeni yük növüdür. Ümumi daşınmanın həcmi 10 min ton olan yük 151 yarımvaqonda nəql edilib və təyinat yerinə çatdırılıb. Yük Syerra-Leonedən göndərilib, Gürcüstanın Poti limanında yükaşırma əməliyyatından sonra Azərbaycandan keçərək Qazaxıstana çatdırılıb.

 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər