15 C
Baku
Friday, March 29, 2024

Azərbaycan əsilli iş adamı Portuqaliya vətəndaşlığı almaq üçün müraciət edib

Azərbaycan əsilli rusiyalı iş adamı Qod Nisanov və israilli iş adamı Lev Levayev Portuqaliya vətəndaşlığı üçün müraciət ediblər və hazırda cavab gözləyirlər.

Bu iddia ilə “Politico” nəşri çıxış edib.

“Reuters” isə xəbər verib ki, Portuqaliya hakimiyyət orqanları iki oliqarxın vətəndaşlıq ərizələrini araşdırır. Onlardan birinin ABŞ sanksiyaları altında olduğu qeyd edilib.

Məlumata görə, xəbəri Portuqaliyanın Ədliyyə Nazirliyi də təsdiqləyib.

Qeyd edək ki, Nisanov iyunun əvvəlində ABŞ sanksiyalarına məruz qalıb. “Forbes” onun sərvətini 1,3 milyard dollar dəyərində qiymətləndirir.

Son xəbərlər
Digər xəbərlər