19 C
Baku
Wednesday, May 1, 2024

Azərbaycan 2 model dizel generatorunun istehsalına başlayıb

Xəbər verdiyimiz kimi, Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “STP” MMC Azərbaycanda ilk dəfə olaraq dizel generatorlarının istehsalına başlayıb.

Banker.az Sənaye Parkına istinadən xəbər verir ki, şirkət tərəfindən ilkin olaraq iki model – 27.5 kVA və 55 kVA dizel generatorları istehsal edilir. Yaxın vaxtlarda modellərin sayının artırılması nəzərdə tutulur. Hazırda istehsal edilən hər generatorun çıxış gərginliyi 220-400 volt aralığındadır.

Qeyd edək ki, “STP” MMC-yə 2017-ci ilin noyabrında Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi statusu verilib. Müəssisənin investisiya dəyəri $673 mln.-dır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər