Azərbaycanda 2021-ci ildə 45 mlrd. kubmetr qaz hasil olunacağı gözlənilir.
APA-nın məlumatına görə, bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov YAP-ın qərargahında keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, gələn il ölkədə qaz hasilatının 40,2 mlrd. kubmetr olacağı proqnozlaşdırılır.
“Ötən ilin göstəricisi ilə müqayisədə bu il qaz hasilatının 19% və ya 5,8 mlrd. kubmetr artacağı gözlənilir”, – deyə nazir əlavə edib.
P. Şahbazovun sözlərinə görə, bu ilin 8 ayı ərzində Azərbaycanda 23,1 mlrd. kubmetr qaz hasil edilib ki, bu da illik müqayisədə 18,8% çoxdur.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ildə ölkədə 30,6 mlrd. kubmetr qaz hasil edilib.